Milli Məclisin iclası başlayıb
Spiker Oqtay Əsədov bildirib ki, həmin qətnamə ilə bağlı Milli Məclis bəyanat hazırlamalıdır və bu bəynanatın mətnini hazırlamaq üçün işçi qrupu yaradılıb. Qrupun sədri Valeh Ələsgərovdur. İşçi qrupunun üzvləri isə Asim Mollazadə, Aqiyə Naxçıvanlı, Gülçöhrə Məmmədova, Əli Hüseynli Səməd Seyidov, Novruz Aslandır.
Millət vəkillərinin razılığı ilə məsələ gündəliyə salınıb.
Daha sonra gündəlik təsdiq olunaraq müzakirəyə başlanıb.
Qeyd edək ki, bugünkü iclasın gündəliyində daha 19 məsələ daxildir.
Sevinc İltifatqızı