“Hamı ürəyində prezidentliyə namizəd ola bilər”

“Hamı ürəyində prezidentliyə namizəd ola bilər”
  21 İyun 2013    Oxunub:1234
Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycana təzyiq vasitəsidir.
Millət vəkili Musa Quliyev Milli Məclisin bugünki növbədənkənar iclasında Avropa Parlamentinin qətnaməsinin əsasız , qərəzli və hüququ cəhətdən qanunsuz olduğunu bildirib.

AzVision.az xəbər verir ki, Musa Quliyevin sözlərinə görə, sənəd İlqar Məmmədovla bağlı olsa da orda tamamilə başqa qərəzli məsələlər var:

“Qeyd olunur ki, İlqar Məmmədov dərhal buraxılmalıdır. Əslində İsmayıllıda hadisə baş verib və bununla bağlı adamlar saxlanılıb, onlardan biri də İlqar Məmmədovdur. Onun nə partiyası var, nə hansısa siyasi qurumda təmsil olunur. Qaldı ki, onun prezidentliyə namizəd olması ilə bağlı deyilənlərə, bu da əsasız məsələdir. Ona qalsa Azərbaycanın hər bir vətəndaşı ürəyində prezidentliyə namizəd ola bilər. Bu qətnamə əsassızdır. Orda qeyd edilir ki, siyasi səbəblərə və jurnalist fəaliyyərinə görə həbs olunanlar dərhalı azad olunmalıdır. Azərbaycanda heç kim siyasi və ya jurnalist fəaliyyətinə görə həbs olunmayıb, həbs olunlanalar konkret cinayətr əməlinə görə həbs olunub. Bundan başqa Bakının mərkəzində kütləvi aksiyaların keçirilməsini tələb etmək absurddur. Avropa Parrlamentinin qəbul etdiyi qətnamə Azərbaycna təzyiq vasitəsidir. Amma onlar düşünsünlər ki, Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti