Suriya cihadçıları İspaniyada tutuldu

Suriya cihadçıları İspaniyada tutuldu
  21 İyun 2013    Oxunub:1092
İspaniyada səkkiz nəfər “Suriya cihadçıları” həbs olunub. Afrikanın şimalında yerləşən Seuta ərazisində tutulan şəxslər Suriya üçün döyüşçülər toplamaqla məşğul olub.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, həbs olunanların Əl-Qaidə qrupu ilə əlaqələrinin olduğu bildirilib. Onlar cihadçıları maliyyələşdiriblər. Polis onların şəbəkəsinin Seuta və Mərakeşin Fnideq şəhərlərində yerləşdiyini bildirib. Həbs olunanların hamısı İspaniya vətəndaşıdır.

İspaniyanın Daxili İşlər Nazirliyi məlumat verib ki, onların bəzisi terror aktlarında iştirak edib. Məlumata görə, cihadçıların çoxusunun İspaniyadan Suriyaya getməsi gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti