“Cəmiyyət İlham Əliyevin namizədliyini dəstəkləyir”
Bu sözləri Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov Xızı rayonunda partiyanın fəalları ilə görüşü zamanı bildirib.
YAP-ın Sədr müavini deyib ki, YAP-ın 600 mindən artıq insanları seçki kampaniyasının fəal şəkildə keçirilməsində yaxından iştirak etmək niyyətindədir:
“YAP qarşıdan gələn prezident seçkiləri çərçivəsində hakim partiyanın yerli strukturlarının fəalları ilə görüşlər təşkil edir. Sistem şəklini alan bu görüşlərdə YAP-ın prezident seçkilərilə əlaqədar kampaniyasının proqramının reallaşdırılması ilə bağlı məsələlər müzakirə olunub. Məlumdur ki, hakim partiya 2013-cü ilin seçkilərində prezidentliyə namizəd olaraq, YAP-ın sədri İlham Əliyevi irəliyə sürüb”.