Heykəl öz-özünə fırlanır – VİDEO

Heykəl öz-özünə fırlanır – VİDEO
  24 İyun 2013    Oxunub:1612
İngiltərənin Mançester muzeyində 4 min il yaşı olan Misir heykəli heç bir vasitə olmadan öz-özünə fırlanır.
AzVision.az Daily Mail-ə istinadən məlumat verir ki, “Neb-Senu” heykəli 1933-cü ildə muzeyə verilib və həmin müddətdən etibarən heykəldə heç bir hərəkət müşahidə olunmayıb. Lakin bir neçə həftə bundan əvvəl muzeyin işçisi şüşə lövhənin altındakı heykəlin fırlandığını görür. Sonra heykəli müşahidə edən işçi onun hər gün bir tərəfə döndüyünün şahidi olur.

Fizik Brayn Koks belə fərziyyə irəli sürüb ki, heykəlin fırlanmasına onun hazırlandığı serpantin daşı və yerləşdiyi şüşə lövhə səbəb olur. Koksun nəzəriyyəsinə görə, insanlar muzeydə hərəkət edərkən vibrasiya yaranır və heykəl fırlanmağa başlayır.

Lakin muzeyin əməkdaşı bu fərziyyəni inkar edir. Onun sözlərinə görə, 80 il muzeydə olan heykəl heç vaxt hərəkət etməyib və daima statik vəziyyətdə qalıb.



AzVision.az


Teqlər:





Xəbər lenti