Köçəryan qayıdır

Köçəryan qayıdır
  24 İyun 2013    Oxunub:1602
Robert Köçəryan əvvəl baş nazir sonra da prezident olmaq istəyir
Son zamanlar keçmiş prezident Robert Köçəryanın Azərbaycanın işğal olunmuş ərazilərində hazırki Serj Sərkisyana qarşı fəaliyyət aparması ilə bağlı xəbərlər Ermənistan mətbuatının gündəmini ələ alıb.

Bir-birinin ardınca yayılan məlumatlarda Köçəryanın baş nazir sonra isə Ermənistan prezidenti olmaq kimi niyyətinin olduğu bildirilir. AzVision.az erməni mətbuatında yayılan məlumatlara istinadən bildiri ki, ölkənin Armavia aviaşirkətinin bağlanmasından sonra Sərkisyanla Köçəryan münasibətləri soyuyub, hətta biri-birinə düşmən kəsiliblər. İndi Köçəryan özünün "Qarabağ planı" adlandırdığı ideyalarını həyata keçirmək üçün qondarma qurumun rəhbərliyi ilə əlbir olub.

Daha doğrusu tanınmamış respublikanın prezidenti Bako Saakyan buna məcbur olub. Çünki əks təqdirdə Köçəryan Azərbaycanın işğal olunmuş ərazilərində tam olaraq əlinə aldığı şirkətlərin gətirdiyi gəlirdən qondarma qurumun rəhbərliyini məhrum edəcəyi ilə hədələyir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti