PKK ilə mübarizədə Türk ordusunun verdiyi itkilər

PKK ilə mübarizədə Türk ordusunun verdiyi itkilər
  24 İyun 2013    Oxunub:1315
1984-cü ildən 2012-ci ilin avqustuna qədər 6205 hərbçi şəhid olub
Türkiyə KİV-lərinin yaydığı məlumata görə, müdafiə naziri İsmət Yılmaz müxalifətdəki Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Oktay Ekşi tərəfindən verilən deputat sorğusunu cavablandırıb.

İ. Yılmaz PKK-nın (kürdcə: Partiya Karkeren Kürdistan - Kürdüstan İşçi Partiyası) terror aksiyalarına başladığı 1984-cü ildən 2012-ci ilin avqustuna qədər Türkiyə Silahlı Qüvvələrinin 6205 hərbçisinin şəhid olduğunu açıqlayıb.

Xatırladaq ki, Türkiyə hökuməti kürd probleminin həlli ilə bağlı PKK-nın həbsdə olan lideri Abdulla Öcalanla danışıqlardan sonra terror təşkilatı bu ilin martında atəşkəs elan edib. PKK Türkiyə ərazisindəki qüvvələrini İraqın şimalındakı düşərgələrə geri çəkməyi qərara alıb. Hazırda bu proses davam edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti