ATƏT-in Minsk qrupu real nəticəyə gələ bilmir

ATƏT-in Minsk qrupu real nəticəyə gələ bilmir
  24 İyun 2013    Oxunub:1410
Milli Məclisin Sədri Oqtay Əsədov Koreya Respublikasının Milli Assambleyasında təmsil olunan hakim Saenuri partiyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
AzVision.az Milli Məclisin saytına istinadən xəbər verir ki, görüşdə Oqtay Əsədov müstəqil Azərbaycanın Koreya Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

Qeyd edilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri zamanı aparılan danışıqlar münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb. Bu günədək ölkələrimiz arasında 46 sənəd imzalanıb, 12 sənəd üzərində isə iş aparılır.

O. Əsədov bu gün Azərbaycanda Koreyanın Samsunq, LG, Hyunday kimi şirkətlərinin səmərəli fəaliyyət göstərdiyini deyərək əlavə edib ki, Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus yeri olan Azərbaycan Koreya ilə həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Spiker Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinin Azərbaycanın payına düşdüyünü qonaqların diqqətinə çatdıraraq əldə edilən nailiyyətlərlə yanaşı, ölkənin Dağlıq Qarabağ kimi probleminin olduğunu söyləyib: “Problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, indiyədək real nəticə yoxdur. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, bu sahədə imkanlar hələ tükənməyib”.

Koreya nümayəndə heyətinin rəhbəri Yu Ki Cun o, ölkəsinin Cənubi Qafqazda söz sahibi olan Azərbaycanla iqtisadiyyatın ən müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu deyib.

Koreya şirkətlərinin Azərbaycandakı fəaliyyətindən söz açan qonaq Gübrə zavodu, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması sahəsində bu şirkətlərin fəaliyyətini müsbət dəyərləndirdi.

Sonda Dağlıq Qarabağ münaqişəsindən söz açan Yu Ki Cun ölkəsinin problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti