Merkelin seçki oyunu

Merkelin seçki oyunu
  25 İyun 2013    Oxunub:1374
Türkiyə ilə Almaniya arasındakı gərginliyi azaltmaq üçün cəhdlərin davam etdiyi bir vaxtda, Merkel 3 il sonra başlanacaq müzakirələr başlığına razılıq verəcəyini desə də Türkiyədən seçki aləti kimi istifadə edərək müzakirələri oktyabra qədər uzadacaq.
Türkiyənin Avropa Birliyi naziri və baş müşaviri Egemen Bağışın Merkel haqqında “Danışmadan öncə yüz ölçüb, bir biçsin, yoxsa Sarkoziylə balıq tutmağa gedəcək” sözlərindən sonra başlayan gərginlik Almaniyanın Türkiyə səfirini Xarici İşlər Nazirliyinə çağırması və Ankaranın da buna adekvat cavab verməsi ilə pik nöqtəyə çatıb.

Qətərdə Davudoğlu ilə almaniyalı həmkarı Qido Vestervelle arasındakı görüşün nəticsiz qalmasından sonra bütün diqqət ötən gün baş tutan AB xarici işlər nazirlərinin toplantısına yönəlib.

Almaniya Xarici İşlər naziri Vestervelle toplantıdan əvvəl son günlər iki ölkə arasında yaşanan gərginliyin aradan qaldırılması üçün səylərini əsirgəmədiklərini deyib. Türkiyədə son həftələrdə yaşanan hadisələrə diqqət çəkən Vestervelle, “Bunları görməməzlikdən gələ bilmərik, digər tərəfdən də Türkiyə ilə dialoqu dayandırmaq və ya azaltmaq da düzgün deyil” deyib. “Hamı Türkiyə ilə strateji və uzun müddətli əməkdaşlığın nə qədər önəmli olduğunu anlayır”, - deyə almaniyalı nazir vurğulayıb.

Lüksemburqda toplanan avropalı nazirlərə təqdim olunan “Alman təklifi”nin oktyabrda yayımlanacaq illik hesabatdan sonra müzakirə olunacağı deyilir. Qeyri-rəsmi mənbələrin məlumatına görə, Almaniya kansleri Angela Merkel bu yolla ölkəsində sentyabrın 22-də reallaşacaq seçkilər zamanı radikal sağçıların rəğbətini qazanmağı planlaşdırır.






Teqlər:  





Xəbər lenti