Oğluna görə hakimiyyətdən getdi

Oğluna görə hakimiyyətdən getdi
  25 İyun 2013    Oxunub:1261
Qətər əmiri Həmid ibn Casəm Əl Tani, bu gün rəsmi olaraq hakimiyyətini oğlu, şəhzadə Təmim ibn Həmidə təhvil verib.
AsVision.az “İnterfaks”a istinadən verdiyi xəbərə görə, xalqa müraciətində əmir bildirib ki, hakimiyyəti artıq yeni nəsilə əmanət etməyin vaxtı gəlib çatıb.

Qeyd edək ki, Şeyx Həmidin 61, oğlu Şeyx Təmimin isə 33 yaşı var.

Xatırladaq ki, 2003-cü ilin 5 avqustunda Şeyx Təmim Qətər hakimiyyətinə yeganə namizəd şəhzadə seçilib. Onun böyük qardaşı şeyx Casəm isə Təmimin lehinə Qətər taxtına olan namizədliyini geri götürüb.

Günəş FƏRHADLI


Teqlər:  





Xəbər lenti