Etirazçılar terrorizmdə ittiham olundu

Etirazçılar terrorizmdə ittiham olundu
  25 İyun 2013    Oxunub:1051
Türk polisi Ankarada dövlət əleyhinə nümayişlərdə iştirak etdiyi üçün 20 nəfəri saxlayıb. Polis ehtimal edir ki, həbs olunanlar terror təşkilatının üzvləridir.
AzVision.az “Hurriyet Daily News”a istinadən bildirir ki, polis 30 mənzildə axtarış aparıb. İttiham olunanların şəxsiyyətlərini etirazçılarla polislərin toqquşmasının video görüntüsü vasitəsilə müəyyən etmək mümkün olub. Lakin polislər axtarışların və şübhəli şəxslərin həbsi faktını təsdiq etməkdən imtina ediblər. Eyni zamanda, ittiham olunanların terrorizmlə əlaqələrinin olması barədə informasiya da təsdiqini tapmayıb.

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan daha əvvəl bildirmişdi ki, etirazçıları terrorçular idarə edir. Bundan başqa, hökumət başçısı aksiyaların təşkilində siyasi opponentlərini və xarici qüvvələri ittiham etmişdi. Qeyd edək ki, Türkiyədə etirazlar mayın sonundan davam edir. Etiraza Gezi parkındakı ağacların kəsilməsi səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti