“FEMEN”çilər baş nazirin maşınına tullandılar

“FEMEN”çilər baş nazirin maşınına tullandılar
  25 İyun 2013    Oxunub:1255
“FEMEN”in Ukrayna hərəkatının bir neçə yarıçılpaq aktivistləri Brüsselə səfəri zamanı Tunisin baş naziri Əli Laareydinin kortejinə məxsus avtomobilə tullanıb.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qızlar “Repressiyaya son qoyun!” və “Əminəyə azadlıq” şüarları səsləndiriblər. Qeyd edək ki, Əminə Tayler ləqəbi ilə tanınan Əminə Şboyi “FEMEN”in Tunisdə həbs olunan yerli aktivistidir.

Aksiyada cəmi üç qızın iştirak etdiyi bildirilib. “Associated Press”in məlumatına görə aksiyada dörd qız iştirak edib: onlardan ikisi avtomobilin üzərinə çıxıb, digər ikisi yerdə dayanaraq şüarlar səsləndiriblər. Qeyd edək ki, bu, “FEMEN” aktivistlərinin Əminə Tayleri dəstəklədikləri ilk aksiya deyil. Mayın sonunda üç qız - iki fransız və alman Tunisin paytaxtında məhkəmə binası qarşısında soyunublar. Nəticədə qızlar dörd ay azadlıqdan məhrum ediliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti