Prezident birinci müavini qəbul edib
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin BMT çərçivəsində əməkdaşlığının önəmi vurğulandı.
Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibindəki uğurlu fəaliyyəti və ölkəmizin Beynəlxalq Yardım Qüvvələrinə verdiyi töhfə yüksək qiymətləndirildi, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olundu.
AzVision.az