NATO-nun baş katibi Gürcüstana səfər edəcək

NATO-nun baş katibi Gürcüstana səfər edəcək
  26 İyun 2013    Oxunub:1356
Bu gün NATO-nun baş katibi Anders foq Rasmussen Gürcüstana iki günlük səfər edəcək.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, iyunun 26-27-si alyansa daxil olan 28 ölkənin səfiri Tiflisdə olacaq. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya bildirib.

Səfər çərçivəsində NATO-Gürcüstan komissiyanın iclası baş tutacaq. Nümayəndə heyətinin üzvləri prezident Mixail Saakaşvili, baş nazir Bidzina İvanişvili, xarici işlər naziri Maya Pancikidze, müdafiə naziri İrakli Alasaniya, parlamentin sədri David Usupaşvili və Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Qiqi Bokeriya ilə görüşəcək.

NATO səfirləri həmçinin vətəndaş cəmiyyəti və Qeyri-Hökumət Təşkilatının nümayəndələri ilə görüşəcəklər. Həmçinin alyansın nümayəndələrinin Gürcüstanın Əfqanıstandakı hərbi kontingentinin vida mərasimində iştirak etməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti