Sürüşdürülən bina sentyabrda istifadəyə veriləcək
Xatırladaq ki, Füzuli küçəsi, 39 ünvanında yerləşən 18 min ton ağırlığında olan 3 mərtəbəli tarixi bina 10 metr yarım arxaya sürüşdürülüb. Sürüşdürülmə prosesi binanın alt hissəsinə yerləşdirilən 210 ədəd hidravlik qurğunun köməyi ilə həyata keçirilib.
Qeyd edək ki, adıçəkilən bina hələ 1908-ci ildə neft maqnatları İsa və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa olunub. Onun sürüşdürülməsində məqsəd tarixi memarlıq nümunəsi kimi qorunması və Füzuli küçəsinin genişləndirilməsidir.