NATO-da Azərbaycanla bağlı sənəd müzakirə olunub
Аzərbaycanın NATO yanında nümayəndəliyindən verilən məlumata görə, "28+1" formatında keçirilmiş müzakirələrdə Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizik Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.
Müzakirələr zamanı NATO üzv ölkələri Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu vurğulayıb və ölkənin NATO-nun cari gündəliyində duran çoxşahəli məsələlər, o cümlədən meydana gələn təhlükəsizlik çağırışları, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatı və s. üzrə fəal əməkdaşlığını və töhfəsini yüksək dəyərləndiriblər.
Görüşdə digər məsələlərlə yanaşı, regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi də aparılıb.
Azərbaycan ilə NATO arasında bu kimi məsləhətləşmələr ildə bir dəfə keçirilir. Azərbaycan hazırda 2012-2013-cü illəri əhatə edən FTƏP-in üçüncü mərhələsini həyata keçirir.(trend)
Teqlər: