Dövlət qulluğuna qəbul davam edir

Dövlət qulluğuna qəbul davam edir
  27 İyun 2013    Oxunub:1435
Dövlət qulluğuna qəbulla bağlı elan olunan müsabiqənin müsahibə mərhələsi başlayıb
16 aprel, 1 və 7 may 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 94 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1011 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Komissiyadan AzVision.az-a verilən məlumata görə, müsabiqə üzrə Komissiyada 6114 nəfər namizəd kimi qeydiyyatdan keçib.
Müsabiqənin test imtahanı mərhələsi iyulun 6-dan başlayıb. İyunun 27-nə kimi 2628 namizəd üçün test imtahanı keçirilib. Bunlardan 546 nəfəri test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən 2082-i namizəddən 697 nəfəri (36,84%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin ortalama 84,00%-ni gənc namizədlər təşkil edib. Test mərhələsini uğurla başa vuran namizədlərdən 468 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 229 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Hər bir namizədə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilmiş, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib. Müsabiqənin test imtahanı mərhələsi davam edir.

Test imtahanı mərhələsini uğurla keçmiş namizədlərlə müsabiqənin müsahibə mərhələsi bu gün, 27 iyun 2012-ci il tarixdən başlayır.

Müsahibə zamanı namizədlərin şəxsi keyfiyyətləri, vakant vəzifənin tələbləri baxımından bacarıq və qabiliyyətləri qiymətləndirilir. Namizədlərin razılığı ilə onlarla aparılan müsahibələrdə video çəkiliş aparılır və müşahidəçilərin (beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların, o cümlədən qeyri-hökumət təşkilatlarının Komissiyada qeydiyyatdan keçən nümayəndələri) iştirakı təmin edilir.



Teqlər:





Xəbər lenti