Amerikada 500-cü edam

Amerikada 500-cü edam
  27 İyun 2013    Oxunub:1300
Ştat həbsxanalarında daha 282 nəfər edamını gözləyir
71 yaşlı təqaüdçü qadını öldürməkdə təqsirli bilinən Kimberli Makkarti Texasda edam edilib. O, son 30 ildə bu ştatda edam olunan 500-cü canidir. Ölüm hökmü iyunun 26-da öldürücü iynə vasitəsilə həyata keçib. edam olunan cinayətkar qadının 52 yaşı var. Məhkəmə hökmünə görə, Kimberli Makkarti 1997-ci ildə xüsusi amansızlqla qətl törədib. Həddən artıq narkotik qəbul edib, ağlını itirən Makkarti qonşuluqda yaşayan təqaüdçü qadının başını kəsib.

Xatırladaq ki, ABŞ-ın 50 ştatından 32-də ən yüksək cəza kimi ölüm hökmü həyata keçirilir. Ölkədə son 30 ildə ölüm hökmünə qoyulmuş maratorium ləğv olunandan sonra 1300 cani edam olunub. Bunun əksər hissəsi Texasda həyata keçirilib, çünki ştatın vətəndaşları referendumda cinayət məcəlləsinin humanistləşdirilməsinin əleyhinə səs veriblər.

Hazırda Texas həbsxanalarının kameralarında 282 nəfər edamını gözləyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti