Prezident Rumıniyanın baş nazirini qəbul edib

Prezident Rumıniyanın baş nazirini qəbul edib
  27 İyun 2013    Oxunub:1118
Azərbaycan prezidenti İlham Əliyev iyunun 27-də Rumıniyanın baş naziri Viktor Pontanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycanla Rumıniya arasında fəal əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Ölkələr arasında güclü ikitərəfli münasibətlərin mövcud olduğunu vurğulayan prezident özəl sektorda yaxşı əməkdaşlığın yaradılması, həmçinin iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsinin önəmini qeyd edib.

Dövlət başçısı bu səfərin Azərbaycana səfərinin uğurla inkişaf edən əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan V. Ponta ölkəsinin Avropa İttifaqında Azərbaycanın ən yaxın dostlarından biri olaraq qalmaqda davam edəcəyini qeyd edib. Baş nazir ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində siyasi əlaqələrlə yanaşı, iqtisadi əlaqələrin də əhəmiyyətini qeyd edin.

Görüşdə birgə layihələrin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti