ABŞ-da “mavi”lər qalib gəldi – FOTOLAR

ABŞ-da “mavi”lər qalib gəldi – FOTOLAR
  27 İyun 2013    Oxunub:2028
ABŞ-da Ali Məhkəmə “Nikahın müdafiəsi haqqında” qanunu Konstitusiyaya zidd elan edərək, eynicinsli nikahları “adi”, “ənənəvi” nikahlara bərabər tutan qərar qəbul edib. 9 hakimdən 5-i bu qərarın lehinə səs veriblər.
Amerika üçün tarixi sayıla bilən bu qərar Nyu-Yorkun 83 yaşlı sakini Eddi Uindzorun qaldırdığı iddiaya baxılarkən qəbul edilib. 2007-ci ildə o, rəfiqəsi Tea Klara Spayer ilə nikaha girib. 2009-cu ildə rəfiqəsi öləndən sonra o, sosial güzəştlər üçün müraciət etsə də, rədd cavabı alıb. Və məhkəməyə müraciət edib.

Prezident Barak Obama bu qərarı alqışlayaraq, onu “tarixi addım” adlandırıb. Və əlavə edib ki, “indi hər kəs sevdiyi şəxslə nikaha girə bilər”.

Buna qədər ABŞ-ın 12 ştatında “rəngli” nikahlara icazə verilmişdi.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti