Prezident Horadiz şəhərinə 6 milyon manat ayırıb
Həyata keçirilən tədbirlər nəticəsində ölkənin müxtəlif bölgələrində məskunlaşmış 120 min nəfər rayon sakinindən 70 min nəfəri, o cümlədən 6 min nəfərdən çox Horadiz şəhər sakini öz doğma torpaqlarına qayıdıb və bu gün də bilavasitə cəbhə xəttində düşmənlə üz-üzə duraraq rayonun sosial-iqtisadi inkişafı üçün əzmlə çalışırlar.
Dövlət başçısı bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin xüsusi əhəmiyyətini və yandırılmış, dağıdılmış evlərin sakinlərinin öz doğma yurdlarına qayıtması üçün zəruri şəraitin yaradılmasının vacibliyini nəzərə alaraq Horadiz şəhərində 1398 nəfər üzvü olan 341 ailənin əvvəllər yaşadığı 227 evin və 3 çoxmənzilli binanın bərpası məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6,0 (altı) milyon manat ayırıb.
AzVision.az
Teqlər: