Şagirdlər kütləvi şəkildə məktəblərdən qovuldu

Şagirdlər kütləvi şəkildə məktəblərdən qovuldu
  28 İyun 2013    Oxunub:1201
Polislə toqquşmalar zamanı 122 gənc həbs edilib
Çilidə polis qüvvələri təhsil islahatları tələbi ilə paytaxt məktəblərini ələ keçirmiş şagirdləri binalardan boşaldıb. Bu barədə ölkə rəsmiləri məlumat verib.

Daxili işlər və təhlükəsizlik nazirinin verdiyi məlumata əsasən, polis qüvvələri xüsusi qoruyucu formalarda məktəb binalarına reydlər təşkil edərək, şagirdlərlə toqquşub. Qarşıdurma zamanı 122 nəfərin həbs olunduğu bildirilir.

Baş verən iğtişaşlar zamanı, küçəyə çıxmış etirazçılar yolun ortasında avtobusu od vurub, polisi daş atəşinə tutaraq, yolda tonqallar qalayıb. Azı 1 polis nəfərinin xəsarət aldığı deyilir.

Qeyd edək ki, gənclərin etirazları, bazar günü keçirilməli olan ilkin prezident seçkiləri fonunda yer alır. Səsvermə zamanı məhz 28 orta məktəbin seçki məntəqəsi təyinatı ilə istifadəsi nəzərdə tutulubmuş. Təhsildə bərabərsizliyin baş verməməsi üçün məktəblərin bələdiyyənin balansından çıxarıb, dövlət statusu almasını tələb edən şagirdlər 2 həftə əvvəl Santiyaqonun bəzi orta məktəblərini nəzarətə götürüb.

Habelə bir həftə sonra Çili prezidenti Sebastyan Pinera şagirdləri xəbərdar edərək, seçicilərin hüquqlarını qorumaq məqsədilə onların zorla da olsa binalardan çıxarılacağını bəyan etmişdi.


Teqlər:





Xəbər lenti