Tarixi qərar verildi

Tarixi qərar verildi
  28 İyun 2013    Oxunub:1153
Azərbaycan qazını Avropaya TAP kəməri daşıyacaq
«Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını bu gün rəsmən açıqlayıb.

Bununla bağlı bu gün Bakıda keçirilən tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell qeyd edib ki, «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və düzgün seçimini edərək TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb:

«Bu layihə strateji önəm daşıyır və bu layihənin icrası nəticəsində Azərbaycan yeni kəmər vasitəsilə Avropanın yeni qaz təchizatçısına çevriləcək. TAP vasitəsilə ilkin olaraq ildə 10 mlrd. kubmetr qaz Azərbaycandan Avropaya çatdırılacaq. Layihə əlavə qaz infrastrukturunun yaradılmasına da səbəb olacaq. Azərbaycandakı «Şəfəq-Asiman» kimi qaz yataqları gələcəkdə Azərbaycandan Avropaya qaz nəqlini artıracaq».

BP rəsmisi əlavə edib ki, ikinci mərhələyə 40 mlrd. ABŞ dolları həcmində vəsait yatırılacaq, bu da ildə 16 mlrd. kubmetr qazın nəqlinə gətirib çıxaracaq.

Qeyd edək ki, uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.

Hazırda layihənin 3 səhmdarı var ki, bu, İsveçrənin «Axpo» (42,5%), Norveçin «Statoil» (42,5%) və Almaniyanın «E.ON Ruhrgas» (15%) şirkətləridir.(apa)




Teqlər:  





Xəbər lenti