“Məktəblərdəki biabırçı pul yığımına son qoyacağıq” - VİDEO
“Hər bir halın öz səbəbi var və hər bir hal tam şəkildə araşdırıldıqdan, faktlar ortaya çıxarıldıqdan sonra müvafiq qərarlar qəbul edilib. Heç kəsə sirr deyil ki, Azərbaycan məktəblərində mənfi və biabırçı yığım təcrübəsi var və biz bu təcrübəyə son qoyacağıq. Bu dözülməz haldır. Cari təmir, qəzet abunəsi və müxtəlif bəhanələrlə şagirdlərdən pul yığılır. Bunun bir adı var - qeyri-qanuni pul yığımı. Bu mənfi hallara qarşı mübarizə başlayıb və sona qədər də davam etdiriləcək və o insanlar qanunvericiliyə uyğun cəzalandırılacaqlar da”.