Prezidentə ultimatum verildi

Prezidentə ultimatum verildi
  01 İyul 2013    Oxunub:1112
Misir müxalifəti ölkə prezidenti Məhəmməd Mürsiyə istefa etmək üçün iki gün vaxt verib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, kütləvi etiraz aksiyasının təşəbbüskarı “A-Tamarrud” (“Qiyam”) gənclər hərəkatı prezidentin istefaya getməsi barədə iyunun 30-da bəyanat verib. Bəyanatda deyilir: “Prezidentin vəzifəsindən istefa etməsi və vaxtından əvvəl prezident seçkilərinə təlimat verməsi üçün iyunun 2-i saat 17:00-dək vaxtı var. Əks təqdirdə biz misir xalqını kütləvi etiraz aksiyalarına çağıracağıq”.

“A-Tamarrud” hərəkatı aksiyaların sülh xarakterini saxlayacağına, qan tökülməsinə və vətəndaş müharibəsinə yol verməyəcəyinə söz verib.

AzVision.az


Teqlər:





Xəbər lenti