"İlin sonuna kimi TAP layihəsi təsdiq olunacaq"
AzVision.az salamNews-a istinadən xəbər verir ki, bu barədə Lənkəranda jurnalistlərə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, hazırda layihə üzrə qiymətləndirmə və layihə işlərinin həyata keçirilir:
"Şahdəniz" konsersiumu ötən gün Azərbaycanın Avropaya qaz ixracını həyata keçirəcək marşurut kimi TAP layihəsini seçdi. Bu ilin sonuna kimi TAP layihəsinin təsdiqi planlaşdırılır. Bu, doğurdan da böyük qərardır. Ulu öndər Heydər Əliyev XX əsrin sonunda Bakı-Tiflis-Ceyhan kəmərinin təməlini qoydu, reallaşdırdı. Bu, Azərbaycanın inkişafı üçün çox mühüm idi. İndi, bu, işləyir və Azərbaycana xeyir gətirir.
Teqlər: