38 ölkə ABŞ-ın hədəfi olub

38 ölkə ABŞ-ın hədəfi olub
  01 İyul 2013    Oxunub:1058
ABŞ xüsusi xidmət orqanları yalnız sadə vətəndaşları deyil, həmçinin diplomatik nümayəndələri də izləyib. Bu barədə “The Guardian” bildirir. Qəzetə bu barədə informasiyaları ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden sayəsində əldə edib.
Sənədlərdən birində qeyd edilir ki, 38 səfirlik və diplomatik nümayəndəlik MTA-nın hədəfi olub. Sənəddə həmçinin casusluq üçün istifadə edilən metodlar da təfərrüatı ilə təsvir edilib.

Avropa Birliyi ölkələrinin diplomatik nümayəndəlikləri, həmçinin Fransa, İtaliya, Yunanıstan, ABŞ-ın siyasi müttəfiqləri - Yaponiya, Meksika, Cənubi Koreya, Hindistan və Türkiyə izlənilən ölkələrin siyahısına düşüb. Siyahı 2010-cu ilin sentyabrına məxsusdur. Maraqlıdır ki, həmin siyahıya Böyük Britaniya və Almaniya salınmayıb.

ABŞ müxtəlif ölkələrin geosiyasi məsələlərlə bağlı fikir ayrılıqları və ziddiyyətlərini öyrənmək məqsədilə casusluğa əl atıb.

AzVision.az


Teqlər:





Xəbər lenti