"Bu il təqaüdlərdə 15-20 faiz artım olacaq"
O qeyd edib ki, dövlət büdcəsi təsdiq olunanda həm təqaüdlərin, həm əmək haqqının, həm də dövlət büdcəsindən maliyələşən təşkilatlarda çalışan insanların əmək haqqının artırılması üçün vəsait nəzərdə tutulub:
"Bu il təqaüdlərdə 15-20 faiz artım olacaq. Bu yaxınlarda hərbi qulluqçuların da əmək haqqı 10 faiz artırılıb. Bu, o qədər də böyük məbləğ deyil. Nəzərə almaq lazımdır ki, dünyada gedən qlobal maliyyə böhranının artıq ikinci fazası başlayıb. Amma Azərbaycanın uğurlu inkişafı imkan yaradacaq ki, aşağı təbəqəyə aid olan insanların əmmək haqqı və təqaüdləri artırılsın".