Ermənistan qan qoxuyur

Ermənistan qan qoxuyur
  01 İyul 2013    Oxunub:1287
Erməni publisist Lilit Qalstyanının Lgagir.am saytına müsahibəsi
Freedom Housenin illik hesabatında Ermənistan yarımavtoritar ölkə kimi qiymətləndirilib. Partiyalar özlərini xərcləyib qurtarıblar, siyasi meydan kasadlaşıb. Bəs bu boşluq necə doldurulacaq?

- Avstriyaya uzunmüddətli ezamiyyətdən yenicə qayıtmışam. Hər dəfə inkişaf etmiş ölkələrdən vətənimə mədəni və sivil şok içində dönürəm. Təbii ki, Ermənistanda olmayanda belə burada baş verən hadisələri izləmişəm... Aldığım hər iki informasiyadan birini həyacanla dinləyib, fikirləşmişəm ki, görəsən növbəti xəbərdə daha hansı ikrah və riyakarllıqla qarşılaşacağam? Məgər mənim ölkəmin mənəvi öləziməsinin sonu olmayacaq? Ağır və məngənəsində sıxıldığım hisslərim deyir ki, çıxılmazlıq durumu geriyə çəkilən deyil.

Ermənistanın məğlubiyyətinin rəngi

Ermənistan göz yaşları içində qan və ümidsizlik qoxuyur. Hər günümüz həddən artıq ağır, əzablarla, hiylə, məkr və uduzmağın ətaləti ilə doludur.

Nədən 40- 60 milyonluq əhalisi olan ölkələrdə insandan qiymətli heç nə olmadığı halda, bizdə 2,5-3 milyonluq əhalisi olan dövlətdə insandan ucuz tutulan heç nə yoxdur? Səmimi deyim ki, mən bizdəki gerçəklərə dözə, tab gətirə bilmirəm. Bizim perspektivsizliyimizin və mənəvi məğlubiyyətimizin səbəbi sonuncu seçkilərlə daha çox bağlıdır. Ölkədə emiqrasiya dalğası da bundan qaynaqlanıb. Bütün bunlar siyasi, iqtisadi və mənəvi böhranda başlıca rol oynayıb. İndi yaşadığımız neqativ durum bizimçün yenilik deyil. Bu 22 illik bir hakimiyyətin mirasıdır.

Bizim iflasımız irsidir. Əhali ölkəni bütün mümkün yollarla- maşınlarla, avtobuslarla, təyyarələrlə tərk edir. Bu bizim məğlubiyyətimizin rəngidir.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti