NATO türkü almana dəyişdi

NATO türkü  almana dəyişdi
  02 İyul 2013    Oxunub:1308
Qurumun baş katibi vəzifə müddətlərini başa vurmuş köməkçilərini əvəzləyib
NATO-nun baş katibi Anders Foq Rasmussen vəzifə müddətlərini başa vurmuş köməkçilərini yeniləri ilə əvəzləyib. Belə ki, Rasmussen yeganə türk köməkçisi olan Hüseyn Diriözün yerinə bir almaniyalını təyin edib. 2014-cü ildə vəzifə müddəti bitəcək Rasmussen vaxt itirmədən bu seçimini xələfinə buraxmayıb.

Rasmussen Hüseyn Diriözün yerinə Türkiyənin namizəd göstərdiyi Basatın Öztürkü deyil, almaniyalı diplomatı seçib. NATO-nun baş katibi eyni zamanda Yunanıstan səfiri Terri Stamopoulosu siyasi məsələlər üzrə məsul köməkçi təyin edib. Bundan başqa Stamopoulos Cənubi Kipr və İsrail ilə əlaqələrə cavabdeh şəxs olacaq.

Ankara isə bununla bağlı artıq öz narahatlığını Rasmussenə çatdırıb.


Teqlər:





Xəbər lenti