Dünyanın sonu bəlli oldu

Dünyanın sonu bəlli oldu
  02 İyul 2013    Oxunub:1482
Şotlandiya alimləri dünyanın sonunun tarixini açıqlayıblar. Bu barədə Britaniyanın `Metro` qəzeti bildirib.
Sent-Endryu universitetinin ekspertlərinin hesabatında bildirilir ki, dünyanın sonu bir milyard ildən sonra baş verəcək. Günəşdə temperaturun artması nəticəsində planet məhv olacaq.

Alimlər iddia edirlər ki, atmosferdə karbon qazının miqdarı həddindən artıq azalacaq. Temperaturun artması nəticəsində buxarlanma prosesi gedəcək və yağış suyu ilə reaksiya baş verəcək. Nəticədə bitkilər, bütövlükdə canlılar məhv olacaq.

`Gələcəkdə Yer kürəsindəki həyat indikindən tamam fərqli olacaq` - Sent-Endryu universitetinin tədqiqatçısı Cek O`Molli-Ceyms bildirib.

`Biz sağ qalma ehtimalı yüksək olan növlərdən ibarət `ölən` biosferin simulyasiyasını yaratdıq. Bu üsulla həmin bitkilərin atmosferə hansı növ qaz buraxacağını müəyyən etməyə çalışdıq. Planetdə həyat tamamilə məhv olduqda biz azot-karbon oksid mühitində qalacağıq. Bu zaman aktiv həyatın yeganə əlaməti metan olacaq` - o əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti