Gələn il ATƏT-ə İsveçrə sədrlik edəcək

Gələn il ATƏT-ə İsveçrə sədrlik edəcək
  02 İyul 2013    Oxunub:1333
Bu ölkənin XİN başçısı Minsk Qrupunu yeni ideyalara təşviq edəcəyini deyib
Gələn il ATƏT-ə sədrlik edəcək İsveçrə Cənubi Qafqazdakı vəziyyəti diqqət mərkəzində saxlayacağını açıqlayıb. Bu ölkənin Xarici İşlər naziri Didye Burkhalter ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında Minsk Qrupunu yeni ideyalara təşviq edəcəyini də deyib. Nazirin sözlərinə görə, İsveçrə Cənubi Qafqaz ölkələri arasında siyasi dialoqu yaxşılaşdırmaq və bölgədə etimadın artırılmasına yönələn tədbirləri gücləndirmək fikrindədir.


Teqlər:  





Xəbər lenti