Hərbçilərimiz qalib gəlib

Hərbçilərimiz qalib gəlib
  03 İyul 2013    Oxunub:1645
Bakıda hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışlarının ilk oyunu keçirilib.
“Dalğa Arena”da təşkil edilən oyunda “A” qrupunda yer almış Azərbaycan millisi ilə Mali komandası qarşılaşıblar. Oyun Azərbaycan yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Topları oyunun birinci hissəsində Mali komandasının qapısından Elvin Məmmədov və Cavid Hüseynov, ikinci hissədə isə Ruslan Qurbanov və Elnur Abdulov keçiriblər.

Oyunu Brazilyadan olan baş hakim Henrique Manglo idarə edib. Ona Lima Leanono, Sale Almaizamqi kömək ediblər.

Azərbaycan komandası növbəti oyunlarını iyulun 5-də Kanada, iyulun 8-də isə İraq komandasına qarşı keçirəcək. Yarışın finalı iyulun 14-də olacaq.


Teqlər:





Xəbər lenti