Medvedyev təqaüdünü açıqladı

Medvedyev təqaüdünü açıqladı
  03 İyul 2013    Oxunub:1323
Rusiyanın baş naziri Dmitri Medvedyev gələcək təqaüdünün 70 min rubl olduğunu açıqlayıb.
AzVision.az rus mətbuatına istinadən məlumat verir ki, Medvedyev gələcək təqaüdünü Blaqoveşensk rayonunun pensiya fonduna başa çəkərkən hesablayıb. Baş nazirin təqaüdü aldığı 200 min rubl maaşı və gələcək 10 illik iş stajı əsasında təyin edilib.

Medvedyevin təqaüdü fondun idarəsində qurulmuş xüsusi terminalın köməyi ilə hesablanıb. Baş nazirə terminala 100 min rubl yazmaq təklif edildikdə o öz maaşını yazmaq istədiyini bildirib və sistemə 200 min rubl daxil edib. O həmçinin təqaüdə çıxdıqdan 10 il sonra işləmək barədə məlumatları da daxil edib. Terminal baş nazirin gələcəkdə 70 min rubl təqaüd alacağını göstərib. Qeyd edək ki, dövlət başçısı bu hesabdan razı qalıb. Medvedyev vurğulayıb ki, məhz təqaüdə çıxdıqdan sonra 10 il işləmək müddəti təqaüdün yüksək alınmasında mühüm rol oynayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti