“Araz”ın rəqibləri müəyyənləşdi

“Araz”ın rəqibləri müəyyənləşdi
  04 İyul 2013    Oxunub:1491
İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun püşkatma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, püşkatma nəticəsində turnirdəki təmsilçimiz “Araz”ın mübarizəyə qoşulacağı əsas seçmə mərhələdəki rəqibləri müəyyənləşib. "Araz" VI qrupda “Targu Mures” (Rumıniya), “Şatelino” (Belçika) və ilkin seçmə mərhələnin H qrupunun qalibi ilə qarşılaşacaq. H qrupunda “Atina 90” (Yunanıstan), “Anji” (Estoniya) və “Vikingur” (İslandiya) komandaları mübarizə aparacaq.

“Araz”ın çıxış edəcəyi qrupun oyunları Rumıniyada keçiriləcək.



Teqlər:





Xəbər lenti