Misirdə yenə qan axır

Misirdə yenə  qan axır
  04 İyul 2013    Oxunub:1311
Misirin prezidenti Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında toqquşmalar zamanı ölənlərin sayı durmadan artır.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, belə ki, iğtişaşlar nəticəsində14 nəfərin öldüyü, 350-dək insan yaralandığı bildirilir.

Məlumata görə, iğtişaşların ardı-arası kəsilmədiyini görən prezident Məhəmməd Mursi, vətəndaşlara üzünü tutaraq prezidentliyinin legitimliyini qorumağa çağırıb.

O, bildirib ki, "Mən Misirin seçilmiş prezidentiyəm. İndi isə xalqdan bu legitimliyi qorumaq tələb olunur, çünki o konstitusiyaya uyğundur".

Qeyd edək ki, toqquşmalar əsasən, İsgəndəriyyə, Marsa Matrux və Əl Minyədə baş verib.


Teqlər:  





Xəbər lenti