Mursini devirdilər - VİDEO

Mursini devirdilər - VİDEO
  04 İyul 2013    Oxunub:1349
Misirin müdafiə naziri Abdel-Fəttah əl-Sisi iyulun 3-ü axşam saatlarında televiziya vasitəsilə Məhəmməd Mursinin daha ölkə prezidenti olmadığını elan edib.

AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, ictimai və dini təşkilatların liderləri ilə məsləhətdən sonra ordu Konstitusiya Məhkəməsinin başçısını müvəqqəti dövlət başçısı elan etmək, neytral texnokratik hökumət yaratmaq və yeni seçkilər təşkil etmək barədə qərar qəbul edib.

Generalın sözlərinə görə, ordu siyasətə qarışmayacaq, amma keçid dövründə qanuniliyi, sakitliyi və nizam-intizamı qoruyacaq.

Qeyd edək ki, bu xəbərə nə hakimiyyətdən devrilmiş prezident, nə də onun tərəfdarları heç bir reaksiya verməyib. Hazırda Mursinin yeri barədə dəqiq məlumat yoxdur. Lakin ona və yaxın tərəfdarlarına ölkənin hüdudlarından kənara çıxmaq qadağan olunub.

Misir prezidenti Məhəmməd Mürsiyə qarşı etirazlar onun hakimiyyətə gəlməsinin ildönümü gününə - 30 iyuna təsadüf edib. Etiraz edən milyonlarla insan onun avtoritar idarəetmə sisteminə və iqtisadiyyatdakı böhrana görə qarşı çıxıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti