Almaniyalı nazir: “Türkiyə Avropa Birliyinə qoşula bilməz”

Almaniyalı nazir: “Türkiyə Avropa Birliyinə qoşula bilməz”
  04 İyul 2013    Oxunub:1134
Almaniyanın maliyyə naziri Volfhanq Şoyble bildirib ki, Türkiyə Avropanın tərkib hissəsi olmadığı üçün Avropa Birliyinə daxil ola bilməz.
AzVision.az Reuters-ə istinadən məlumat verir ki, Almaniya keçən həftə Türkiyənin 28 üzvdən ibarət bloka qoşulması barədə danışıqları gecikdirib. Buna Ankarada hökumətə qarşı davam edən etirazlar əsas gətirilib. Türkiyənin bloka üzv olması barədə danışıqlar dörd ay təxirə salınıb. Lakin bildirilib ki, Türkiyənin bloka daxil olması üçün hələ də şans vardır.

“Biz Türkiyəni birliyə tam üzv dövlət kimi qəbul etməyəcəyik. Çünki Türkiyə Avropanın tərkib hissəsi deyil” - Almaniyanın Düsseldorf şəhərində çıxışı zamanı Şoyble söyləyib.

Almaniya ilə Fransa 76 milyon əhaliyə malik müsəlman ölkəsi “Türkiyənin mədəniyyətindəki müxtəlifliyi onun inteqrasiyasına çətinlik törədəcəyini” əsas gətirərək onun Avropa Birliyinə qoşulmasına həmişə mane olub.

AzVision.az


Teqlər:





Xəbər lenti