Əsəd: “Qərb Suriyaya terrorçular göndərir”

Əsəd: “Qərb Suriyaya terrorçular göndərir”
  04 İyul 2013    Oxunub:1394
Suriya prezidenti Bəşər Əsəd Qərb ölkələrini ittiham edib. Əsədin sözlərinə görə, Qərb suriyalılardan qurtulmaq üçün oraya terrorçular göndərir.
“Qərb ölkələrinin ehtimalına əsasən bu cür ekstremist terrorçu qruplaşmaları Suriyaya gələcək və öldürüləcək” - Əsəd Suriyanın “Taura” qəzetinə müsahibəsində bildirib.

AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumatına görə, Suriya prezidenti vurğulayıb ki, hətta Qərb ölkələri onun ölkəsində baş verənləri artıq inqilab adlandırmır.

“İndi söhbət terrorizm barəsində gedir. Qərb ölkələri isə başqa üsula əl atıb. Onlar terrorçuları “yaxşı” və “pis” olmaqla qruplaşdırır, “inqilab” sözü isə daha istifadə edilmir” - Əsəd əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti