“Müsəlman Qardaşlar”ın lideri həbs olundu

“Müsəlman Qardaşlar”ın lideri həbs olundu
  05 İyul 2013    Oxunub:1340
“Müsəlman Qardaşlar” partiyasının lideri Məhəmməd Bədii polislər tərəfindən həbs edilib.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Məhəmməd Bədii Liviya sərhədi yaxınlığındakı Mersa Matruh şəhərində tutulub. Bədiinin müavini Hayrat Şatır axtarışdadır. Şatır 8 nəfərin ölümünə səbəb olan provakasiyada ittiham olunur. Daha əvvəl “Müsəlman Qardaşlar”ın bir neçə rəhbəri - parlamentin spikeri Saad əl-Katatni və Bədiinin müavini olan Rəşad Bayumi saxlanılmışdı.

Misirin yeni hakimiyyəti hərəkatın digər rəhbərlərinin axtarışını elan edib. Devrilmiş prezident Məhəmməd Mursi isə ev dustağına məhkum edilib.

Misirin Konstitusiya Məhkəməsinin rəhbəri Adli Mansur bu gün Misirin müvəqqəti prezidenti elan edilib və and içib. Mansur bildirib ki, “Müsəlman Qardaşlar” misir cəmiyyətinin vacib və ayrılmaz hissəsidir, buna görə onları təqib etmək yolverilməzdir.

AzVision.az


Teqlər:





Xəbər lenti