Rekord çimərlik geyiminə görə sayılmadı

Rekord çimərlik geyiminə görə sayılmadı
  05 İyul 2013    Oxunub:1628
İranlı üzgüçünün rekordu çimərlik geyiminə görə qeydə alınmayıb.
AzVision.az xarici mətbuata istinadən bildirir ki, iranlı Elham Asqari üzgüçülük üzrə rekordu qırsa da İranın İdman Nazirliyi bunu nəzərə almayıb. Bu qərara Asqarinin şəriətə uyğun olmayan çimərlik geyimi əsas gətirilib. 32 yaşlı idmançı söyləyir ki, o Xəzər dənizində 8 saat ərzində 18 kilometr üzüb.

Asqarinin sözlərinə görə, üzgüçülük federasiyası onun çimərlik geyimini əvvəlcədən qəbul edib. Ancaq federasiyanın nümayəndəsi ona söyləyib ki, onun çimərlik geyimi açıq havada üzgüçülük üçün uyğun deyil və buna görə rekord qeyd alınmayacaq.

İdman rəhbərləri Asaqrinin rekordunu qeydə almamağı onunla əsaslandırırlar ki, hakimiyyət nümayəndələrindən heç kəs onu startda izləməyib. Ona görə də onun rekord faktını heç kəs təsdiq edə bilmir. Bundan başqa federasiya bildirib ki, konkret distansiyalar (5, 10, 15, 20 kilometr) rekord kimi qeydə alınır.

AzVision.az


Teqlər:





Xəbər lenti