Təhsil Nazirliyi: “23 saxta diplom aşkarlanıb”

Təhsil Nazirliyi: “23 saxta diplom aşkarlanıb”
  05 İyul 2013    Oxunub:1623
799 müraciətçinin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması məqsədə müvafiq hesab edilməyib.
Xarici ölkələrin ali məktəblərini bitirmiş məzunların diplomlarının tanınması Təhsil Nazirliyi məlumat yayıb. AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, 2004-cü ildən bu günə qədər müraciət edən şəxslərdən 6927 nəfərin ali təhsil haqqında sənədləri barəsində müsbət qərar qəbul edilib, 799 müraciətçinin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması məqsədə müvafiq hesab edilməyib.

Nazirlikdən saxta diplomların daha çox hansı ölkələrin ali təhsil müəssisələrinin adından verilməsinə təsadüf olunması ilə bağlı məlumat verilir: “Nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 23 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib. Saxta diplomların, əsasən MDB ölkələrindən əldə edilməsi aşkarlanıb”

AzVision.az


Teqlər:





Xəbər lenti