“Jurnalistlərin binasının açılışı iyulun 22-də olacaq”

“Jurnalistlərin binasının açılışı iyulun 22-də olacaq”
  05 İyul 2013    Oxunub:1226
“Jurnalistlərin peşə bayramı həmişə olduğu kimi təntənəli şəkildə qeyd olunacaq”
İyulun 22-si Azərbaycan Jurnalistikası Günüdür. Həmin gün milli mətbuatın 138 ili tamam olur. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Media forum saytına deyib ki, jurnalistlərin peşə bayramı həmişə olduğu kimi təntənəli şəkildə qeyd olunacaq.

Dövlət başçının sərəncamı ilə Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün yaşayış binasının tikildiyini xatırladan Vüqar Səfərli bildirib ki, binanın açılışı iyulun 22-də olacaq. Açılışda prezident İlham Əliyevin iştirakı gözlənilir. Günün birinci yarısında mənzillərin jurnalistlərə verilməsi nəzərdə tutulur.

Günün ikinci yarısında isə bayram tədbiri keçiriləcək. Tədbirdə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin, həmçinin Mətbuat Şurasının təsis etdiyi, 2011-ci ildən verilən Ali Media Mükafatının qalibləri mükafatlandırılacaq. Bayram tədbirinin harada keçiriləcəyi hələ dəqiqləşdirilməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti