“Proton”un buraxılması dayandırıldı

“Proton”un buraxılması dayandırıldı
  05 İyul 2013    Oxunub:1276
Baykonur kosmodromundan “Proton” raketlərinin buraxılması dayandırılıb.
AzVision.az rus mətbuatına istinadən məlumat verir ki, Baykonur kosmodromundan “Proton” raketlərinin buraxılması iyunun 2-də baş verən qəzanın səbəbi araşdırılıb qurtaranadək dayandırılıb. Bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib. Roqozinin sözlərinə görə, bu yaxınlarda baş verən qəza “QLONASS” sisteminin fəaliyyətinin effektivliyinə təsir göstərməyəcək.

“QLONASS sistemi lazımi orbital ehtiyata malikdir, ona görə də baş verən qəza onun effektivliyini azaltmayacaq” - baş nazirin müavini söyləyib.

Qeyd edək ki, komissiya qəzanın baş verməsi üzrə bir neçə versiya irəli sürüb. Lakin konkret səbəb müəyyənləşdirilməyib. Start avadanlığı və daşıyıcı-raketi idarəetmə sistemi də qəzanın baş verməsinə səbəb ola bilər. Daşıyıcı raketin 0,4 saniyə vaxtından tez buraxıldığı bildirilir. Həmin an mühərriklər işlək rejimə keçə bilməyib və kameralarda təzyiq 150 əvəzinə 90 olub.

“Roskosmos”un rəhbəri Vladimir Popovkin bildirib ki, komissiyanın işi iyulun sonuna kimi başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti