Azərbaycanın Rusiya üzərində qələbəsi

Azərbaycanın Rusiya üzərində qələbəsi
  05 İyul 2013    Oxunub:1691
Qadın güləşçimiz Patimat Baqomedova finalda Rusiya təmsilçisinə qalib gələrək Avropa çempionu oldu
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Güləş Federasiyasının mətbuat xidmətinin məlumatına görə, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulub. Gənc qızlarımız günü 1 qızıl medalla tamamlayıb.

Patimat Baqomedova 1/4 finaldan mübarizəyə başlayıb. Polşa təmsilçisi Paula Kozlovu (6:0) məğlub edən güləşçimizin yarımfinalda rəqibi Ukraynadan Lilya Horishna olub. 7:1 hesablı qələbə ilə Patimat Baqomedova finala vəsiqə qazanıb. Finalda Rusiya təmsilçisi Stalvira Orşuşa (7:0) tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionu olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti