YAP Qazax təşkilatının yeni inzibati binası açılıb

YAP Qazax təşkilatının yeni inzibati binası açılıb
  06 İyul 2013    Oxunub:1267
Prezident İlham Əliyev açılış mərasimində iştirak edib
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdikdən sonra binada yaradılmış şəraitlə tanış olub.

Partiyanın rayon təşkilatlarının yeni inşa olunmuş inzibati binası müasirliyi ilə seçilir və səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

Birinci mərtəbə ilə tanış olan Prezident İlham Əliyevə bildirilib ki, inzibati binanın inşasına 2013-cü ilin yanvarında başlanıb.

Burada müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 65 yerlik akt zalı, iş otaqları var. Binanın ikinci mərtəbəsində isə məşvərət otağı, 20 yerlik konfrans zalı, istirahət və kompüter otaqları, arxiv yerləşir. Daxili sahəsi 378 kvadratmetr olan ikimərtəbəli binanın həyəti abadlaşdırılıb.

AzVision.az
Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirib.


Teqlər:





Xəbər lenti