“Bir şprislə yüzə yaxın xəstəyə iynə vurulur”

“Bir şprislə yüzə yaxın xəstəyə iynə vurulur”
  06 İyul 2013    Oxunub:2173
Böyük Britaniyanın Ermənistandakı səfirliyi bu ölkənin ombudsman aparatı ilə birlikdə uşaq evləri və psixiatriya xəstəxanalarının fəaliyyəti haqqında hesabat hazırlayıb. Ermənistanın bəzi müstəqil mətbuat orqanlarında dərc edilmiş hesabat cəmiyyətdə böyük rezonansa səbəb olub.
“Armtoday” saytında yayılan məlumata görə, hesabat müəllifləri bildirirlər ki, uşaq evlərinin sakinləri günlərlə ac qalaraq zibilxanalardan yemək qırıntıları tapıb yemək zorundadırlar. İllərlə uşaqların yorğan və döşəklərinin üzləri dəyişdirilmir ki, bu da onlarda dəri xəstəliklərinin yaranmasına səbəb olur.

Psixiatriya xəstəxanalarına toxunan hesabat müəllifləri qeyd ediblər ki, Yerevandakı xəstəxanada bir şprislə yüzə yaxın xəstəyə iynə vurulur. Ərzaqla təminat yox dərəcəsindədir. Yetkinlik yaşına çatmayanlar böyüklərlə bir yerdə saxlanılır ki, bu da qətiyyən yolverilməzdir. Xəstələrin psixi pozğunluq dərəcələri nəzərə alınmadan hamısına eyni üsulla müalicə təyin edilir.

Bu müəssisələrdə yaşayanların tez-tez döyülməsi, alçaldılması və qanunsuz olaraq şəxsi evlərdə ağır işlərə cəlb edilməsi faktları da aşkarlanıb. Dövlətin maliyyə imkanı yoxdur ki, bu cür həssas insanlara yardım etsin. Ayrılan cüzi miqdarda maliyyə vəsaiti isə korrupsiya nəticəsində mənimsənilir.


Teqlər:





Xəbər lenti