Misirdə vəziyyət yenidən gərginləşdi - VİDEO

Misirdə vəziyyət yenidən gərginləşdi - VİDEO
  06 İyul 2013    Oxunub:1200
Misir prezidenti Məhəmməd Mursi devrildikdən sonra onun tərəfdarları ilə müxalifət qüvvələri arasındakı qarşıdurma daha da şiddətlənib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, qarşıdurma nəticəsində ölənlərin sayı 30-a çatıb. Qeyd edək ki, qarşıdurma iyulun 5-də axşam saatlarında başlayıb. İsgəndəriyyə şəhərində 12, Qahirədə 3 nəfər ölüb.

Qarşıdurmaya səbəb Mursinin 3 tərəfdarının paytaxt Qahirədə öldürülməsi olub. Hakimiyyəti ələ alan qüvvələr Qahirədə sakitliyi bərpa etsələr də bu baha başa gəlib. Nəticədə 30 nəfər ölüb və 318 nəfər yaralanıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti