İsgəndəriyyə Kitabxanasının direktoru Bakıya gəlir

İsgəndəriyyə Kitabxanasının direktoru Bakıya gəlir
  06 İyul 2013    Oxunub:1208
Səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, dünyanın ən qədim və tarixi kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının prezidenti, Dünya Bankının 1992-2000-ci illərdə I vitse-prezidenti İsmayıl Seragəldin 15-19 iyul tarixlərində Bakıda səfərdə olacaq. Səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır.

İsmayıl Seragəldin 5-8 mayda Bakıda keçirilən Cənubi Qafqaz Forumuna moderatorluq edirdi və İsgəndəriyyə şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının əbədiləşdirilməsi üçün büstünün qoyulması, həmçinin İsgəndəriyyə Kitabxanasında Nizami adına bölmənin yaradılması təşəbbüsünün rəhbəridir.

Məhz İ.Seragəldinin rəhbərlik etdiyi komissiya tərəfindən Nizami Gəncəvinin 1000-dən çox orijinal əlyazması və illüstrasiyalar təmənnasız olaraq Azərbaycana gətirilib.

Səfər zamanı Dr. İ.Seragəldini YUNESKO-nun sabiq baş direktoru və Mərkəzin digər üzvü Dr. Federiko Mayor müşayət edəcəklər.



Teqlər:  





Xəbər lenti