Daha bir futbolçumuz qəza törədib

Daha bir futbolçumuz qəza törədib
  06 İyul 2013    Oxunub:1808
Türkiyənin “Dənizlispor” klubunun müdafiəçisi Rail Məlikov bir neçə gün öncə Bakıda yol qəzası törədib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, 28 yaşlı futbolçu öz maşını ilə yaşlı qadını vurub və qadın ağır yaralanıb. İddiaya görə, xəstəxanaya aparılan qadının yaxınları şikayətçi olmamaq üçün futbolçudan 100 min avro tələb edib. R.Məlikov bu pul üçün “Dənizlispor” komandasının rəhbərliyinə zəng edib, lakin onlar bu pulu ödəməkdən imtina ediblər.

Bu vaxt “Qəbələ” klubu məsələyə qarışıb və R.Məlikovdan bu kluba transfer olmasını təklif ediblər. Təklifi qəbul edən azərbaycanlı futbolçu “Qəbələ” klubu ilə 2 illik müqavilə bağlayıb.

Bununla da 100 min avronu ödəyən Rail Məlikov həbs olunmaqdan qurtulub.


Teqlər:  





Xəbər lenti